Anar Salmanova nə olub?
31.10.2012 - 17:55
Anar Salmanova nə olub?
FİFA referisi Anar Salmanov idarə etməli olduğu AZAL – “Bakı” matçı ərəfəsində zədələnib. Apasport.az saytının xəbərinə görə, o, oyundan bir gün əvvəl baş tutan hakimlərin seminarında baldır əzələsini dartıb və bu üzdən adıçəkilən görüşdə dördüncü hakim funksiyasını yetirib. Salmanov apasport.az-ın müxbiri ilə söhbətində sıraya nə vaxt dönəcəyinin detallı müayinədən sonra dəqiqləşəcəyini söyləyib.

Xatırladaq ki, matçdan bir gün əvvəl PFL-in rəsmi saytı AZAL – “Bakı” oyununa məhz Salmanovun təyinat aldığını yazsa da, görüşü Rəhim Həsənov idarə etdi.