Qurban Qurbanov qapıçını günahlandırdı
31.10.2012 - 18:07
Qurban Qurbanov qapıçını günahlandırdı
“Hər məşqçi səhv edə bilər. Elnur Abdulov zəif oynayırsa, bu, böyük problem deyil. İstəklidir və ona yenə şans verəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasında bu gün “Qəbələ”yə evdə 1:2 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini açıqlayan 40 yaşlı çalışdırıcı problemlərinin olduğunu bildirib: “Hər şeyi futbolçuların üzərinə atmaq istəmirəm. Amma 1-ci qolda qapıçımızın səhvi vardı. “Qəbələ” hücum xətti ən güclü olan komandadır”.