AZAL “Qarabağ”la oyun ərəfəsində 2 məşq edəcək
31.10.2012 - 18:13
Topaz Premyer Liqasının XI turunda “Bakı”nı məğlub edən AZAL-ın baş məşqçisi Vaqif Sadıqov bu gün futbolçularını bərpa məşqi keçdikdən sonra istirahətə buraxıb. Apasport.az saytının xəbərinə görə, noyabrın 2-də bir araya gələcək komanda “Qarabağ”la matç ərəfəsində iki məşq keçəcək.
Bunlardan biri həmin gün Şüvəlanda, digəri isə noyabrın 3-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Məşqlərdə zədə üzündən yalnız ayağının arxa əzələsini qırmış Elşən Məmmədov iştirak etməyəcək.

0
0