Böyükağa Hacıyev: 3 futbolçu olsaydı...
31.10.2012 - 18:17
“Komandada yorğunluq hiss olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Simurq”la (2:1) matçdan sonra deyib.
Təcrübəli çalışdırıcı qələbə qazandıqları oyundan sonra heyətdən şikayətlənib: heyətin kasad olmasını bildirib: “Rubin”lə oyundan öncə növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Öncə “Qəbələ” ilə oyunu düşünürük. Oyun qrafikimiz sıx olsa da, əlimizdə kifayət qədər futbolçu yoxdur. Bu gün qalib gəlib 3 xalı aktivimizə yazdıq. Heyətimizdə daha üç futbolçu olsaydı, Avroliqanın qrup mərhələsində problem yaşamazdıq. “Rubin”lə oyun tamam başqa səhifədir. Dincəlməyə dörd gün vaxtımız olacaq, cavab oyununu daha yaxşı oynayacağıq. Heç bir qəzetə və ya sayta istefa barədə açıqlama verməmişəm. Nə vaxt getməyimi istəsələr gedəcəm, digər klublardan mənə təkliflər olduğunu gizlətmirəm”.

0
0