“Rote Raben” Bakıya gəlir
01.11.2012 - 11:28
“Bakı-Azəryol”un CEV kubokunun 1/8 final mərhələsində rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Aleksnadr Çervyakovun yetirmələri bu dəfə Almaniya “Rote Raben”i ilə qarşılaşacaq.
Rəqibimiz 1/16 final mərhələsində “Minatori”ni (Albaniya) yarışdan kənarlaşdırıblar. Belə ki, ilk matçda 3:0 hesabı ilə qalib gələn “Rote Raben” səfərdə albanları biabır edib. İlk setdə 25:10 hesabı ilə “Minatori”yə qalib gələn komanda rəqibinə ikinci hissədə 7, sonuncu setdə isə 6 xal güzəştə gedib.
“Bakı-Azəryol” almanlarla ilk görüşü noyabrın 13-ü, 14-ü və ya 15-i səfərdə, cavab matçını 1 həftə sonra Bakıda keçirəcək.
Qeyd edək ki, Aleksandr Çervyakovun yetirmələri 1/16 finalda Sloveniya “Maribor”una “Qızıl set”də qalib gəlib.

0
0