Rasim Ramaldanov: İndi də sözümün üstündə dururam
01.11.2012 - 21:28
“Berti Foqtsun ötən ay verdiyi müsahibəsindən sonra milliyə dəvət alacağımı gözləyirdim”. Bu sözləri apasport.az saytına “Simurq” klubunun futbolçusu Rasim Ramaldanov deyib.
Zaqatala təmsilçisinin 25 yaşlı kapitanı ilk dəfə milli komandaya çağırılıb. Əməkdaşımızla söhbətində Ramaldanov bildirib ki, yığmada möhkəmlənmək üçün əlindən gələni edəcək: “Mənimlə AFFA-dan da əlaqə saxladılar, pasportumu istədilər, geyim ölçülərimi götürdülər. Dəvətə görə sevinirəm və bunu mənə verilən bir şans kimi dəyərləndirirəm. Buna qədər də milliyə hazır olduğumu bildirmişdim, indi də sözümün üstündə dururam. Əlimdən gələni edəcəyəm ki, yığmada möhkəmlənim.
Ola bilər ki, Şimali İrlandiyaya dəvət olunan futbolçuların bəziləri getməsin. Çalışacağam ki, adım yekun siyahıda olsun. Milli komandada oynamaq hər bir futbolçu üçün şərəf olmaqla yanaşı, həm də məsuliyyətdi. Bu məsuliyyətin altında layiqli çıxmağa çalışacağam".

0
0