Təxirə salınan oyunların vaxtı dəqiqləşdi
03.11.2012 - 00:09
Təxirə salınan oyunların vaxtı dəqiqləşdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində təxirə salınmış üç oyunun keçirilmə vaxtları məlum olub. Apasport.az saytının xəbərinə görə, bu görüşlər noyabrın 9-da və 13-də keçiriləcək.

"Neftçi" - "Kəpəz" və "İnter" - "Simurq" qarşılaşmaları gələn həftənin cümə günü reallaşacaqsa, "Bakı" ilə "İnter" noyabrın 13-də üz-üzə gələcək.