Millimiz Xorvatiyanı darmadağın etdi – YENİLƏNİB
03.11.2012 - 15:42
Millimiz Xorvatiyanı darmadağın etdi – YENİLƏNİB
Bu gün Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası (U-17) Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Sissi Raytın çalışdırdığı yığmamız formal matça çıxıb. Çünki ilk 2 oyununda uduzduğundan, hesabında xal olmayan qızlarımız üçün Xorvatiya ilə oyunun heç bir önəmi qalmamışdı.

Rəqibin də bizim kimi xalı olmasa, top fərqi daha pis olduğundan, qrupda sonuncu yerdədir. Belə ki, xorvatiyalılar 2 oyuna 19 cavabsız qol buraxdıqları halda, bizimkilər qapısında 12 top görərək, bunun qarşılığında rəqiblərini 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Turnir cədvəlində vəziyyət elə idi ki, yığmamız uduzmazsa, 3-cü yerdə qalacaqdı. Yəni istənilən hesablı heç-heçə bunun üçün yetərli idi. Ancaq təbii ki, yaxında ölkəmizdə keçirilən dünya çempionatında çıxış edən U-17-dən rəqibin zəifliyini nəzərə alaraq, mübarizəni heç olmasa təsəlli qələbə ilə başa vuracağını gözləyirdik. Bu, böyük hesablı qələbə ilə reallaşdı.

3 noyabr
14:00. Azərbaycan – Xorvatiya- 6:0
QOLLAR: Süsən Mənsimova, 2, Nigar Cəlilli, 17, Aysun Əliyeva, 25, Şəfəq Nəsirova, 37, Aytac Şərifova, 56-pen, Melis Sarıaltın, 70-pen
Baş hakim: İrina Tereşenko (Rusiya)
Lindabrunn. “Lindabrunn” stadionu