“Bu barədə düşünəndə tüklərim ürpəşir”
04.11.2012 - 00:37
Madrid "Real"nın müdafiəçisi Serxio Ramos Ispaniya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, ispaniyalı futbolçu əsasən, şəxsi həyatı ilə bağlı suallar cavablandırmalı olub.
- Sizi yaxşı tanıyan insanlar çox əla oğlan olduğunuzu söyləyirlər, hərçənd bunun əksi də ola bilər...
- Əlbəttə. Ola bilsin ki, meydanda lovğa və dominant sevilyalı oğlana oxşayıram. Əslində isə belə deyil. Məni tanıyanlar rayon uşağı olduğumu söyləyəcəklər. Prinsiplərimə sadiqəm və ailəm üçün hər şeyə hazıram. Təkrarlamaqdan yorulmuram - hər hansı insan barədə fikir söyləməzdən əvvəl ilk əvvəl onu tanımaq lazımdı.
- Yaşa dolmuş kimi görünürsünüz...
- Belə düşündüyünüzə görə şadam, ona görə ki, yaşa dolmaq üçün zaman sərf olunub. Gənc olanda səhvə yol verirsən, lakin bu səhvlər sənin üçün yalnız dərs olur, bunun öhdəsindən gəldiyimi düşünürəm. Əlbəttə, "Real"da oynamağımın da təsiri olub. Dünyanın ən yaxşı komandasında oynadığın zaman mövcud olan təzyiqin və məsuliyyətin öhdəsindən gələ bilmək üçün yaşa dolmağa borclu idim.
- Və əlbəttə ki, futbol sizə həyat dərsi verməlidir...
- Onlar çox olub, həm yaxşı, həm də pisləri, hərdən isə pis dərslərdən daha çox nəticə çıxarırsan. Sizi inandıra bilərəm ki, həm pis, həm də yaxşı dərslərin həyatda mənə, "öz" insanlarının əhatəsində olmağı, özünlə təkbaşına olduqda özünü rahat hiss etməyi və pis şeyləri unutmağı öyrətdi. Çox işləyirəm, yaxşı istirahət edirəm, çox gözəl qidalanıram və vicdanım təmizdi. İndi istər tərif, istərsə də tənqid olsun, barəmdə deyilənlərə görə narahat olmuram. Gecələr yaxşı yatıram və yuxudan eynilə uşaqlıqdakı arzumla oyanıram.
- Gənc olanda, açıq rəngli saçlarınıza görə sizə "Şuster" deyirdilər və qapı əvəzinə 2 kəndirlə futbol oynayırdınız...
- Hə, hə! Bu o qədər də çoxdan olmayıb, dostlarımla həyətdə futbol oynadığım zamanlarda baş verib.
- Dostlarınızdan hansısa biri sizdə yaxşı oynayıb?
- Hə, çoxları.
- Lakin onlardan heç biri dünya çempionatında qalib gəlməyib, futbol ulduzu olmayıb.
- Burada uğurun da payı var, lakin həqiqət ondadı ki, uşaqlıqdan nəyə nail olmaq istədiyimi bilirdim. Məktəbdən sonra futbola, futboldan sonra məktəbə gedirdim, daha heç nə. Dostlarım əyləncə gecələrinə gedirdilər, mən isə evdə oturmağa məcbur idim, belə ki, səhər məşq var idi. Lakin indi bütün bunlara dəydiyini söyləyə bilərəm.
- Şübhəsiz, mümkün olan hər şeyi qazandız. Mübarizəni davam etdirməyə sizi nə vadar edir?
- Mənə elə gəlir ki, həyatda hər şeydən əvvəl ambisiyalı olmalısan. Bundan əlavə, futbol keçmişinlə yaşamağına imkan vermir. Şəxsi məqsədim yaxşı olmaq üçün öyrənməkdi. Bu cür köklənmənin uğura apardığını bilirəm. Hər səhər yuxudan qalib gəlmək və insan kimi inkişaf etməkdə davam etmək istəyi ilə oyanıram.
- Bu, həyatınızda ən yaxşı məqamı bəxş edən şeydi...
- Hə, düzdü. Həm şəxsi, həm də peşəkarlıq planı baxımından yeni mərhələyə qədəm qoyuram. Çox xoşdu, bunun mümkün qədər daha çox davam edəcəyinə ümid edirəm.
- Maraqlıdı, dönüş məqamı Panenkonun üslubundakı həmin penalti oldumu, bundan sonra həyatınız dəyişməyə başladı...
- Hə, hə! Qulaq asın, bu barədə düşünəndə tüklərim ürpəşir! Bu, həyatımda ən vacib məqamlardan biri idi. Çox əsəbiləşirdim, ona görə ki, əgər qapıçı onda səhv etsəydi, həyatımı çətinləşdirə bilərdi. Ona görə ki, bundan bir az əvvəl penaltini vurarkən səhvə yol vermişdim (gülür).
- "Bavariya"ya qarşı oyununuz kimi, Panenko üslubunda vurduğunuz penaltidən də hamı danışırdı.
- Əlbəttə. Peşəkarlar bizi həmişə tənqid edir, həm tənqidə, həm də tərifə alışmağı bacarmalıyıq. Lakin bu barədə yalan yazmağa başlayanda, hə, bu mənə toxundu. Portuqaliyalı qapıçını aldatdım, penaltini mərkəzdən vurdum. Bunu etmək istəyirdim, anlayırsız? Qisas üçün yaxud da nə üçünsə yox, sadəcə özüm üçün. Özümü göstərmək üçün əsas məqamlarda digərləri ilə müqayisədə rahat ola bilirəm. Bəlkə də, problem media kütləsinin eyni şeydə ilişib qalmasındadı - münasib olmayan şəraitdə dirsəklə zərbə, reallaşdırılmayan zərbə, düşürülən kubok... Bunları ürəyimə yaxın buraxmıram. Açıq insanlar olduğumuzu anlayıram, bundan qaçmaq olmaz. Müzakirə ediləsi şey olmayanda müzakirə etmirlər, lakin mətbuat diqqəti yönəltmək üçün həmişə kimisə tapır, düzdü? Əgər bu dəfə mənəmsə, yaxşı, olsun. Sonda onlar məni daha da məşhurlaşdırır.
- Trenayor zalında məşğul olursunuz?
- Əsasən press və sıxma hərəkətləri ilə məşğul oluram.
- Və əlbəttə ki, idmanın digər növləri ilə də...
- Çox şey xoşuma gəlir, lakin ciddi şəkildə heç nə ilə məşğul ola bilmirəm. Atda, xizəkdə... gəzişə bilmirəm. Eybi yoxdu. İndi edə bilməyəcəyim çox şeylər var. Lakin gələcəkdə bunun üçün yetərincə vaxtım olacağına əminəm.
- Yeri gəlmişkən, yeni xarici görkəminizi hələ müzakirə etməmişik...
- (gülür) AÇ-dən öncə azacıq dəlilik. Uzun saçlarla AÇ və DÇ-də qalib gəlməyə müvəffəq oldum və indi nəyisə dəyişməli olduğumu düşündüm. Meydanda mövqe dəyişikliyindən başqa saçımı kəsdirmək istədim. Qardaşıma dedim, lakin o, bunu etməyin lazım gəlib-gəlmədiyinə əmin deyildi. Valideynlərim isə söylədilər: "Əgər belə yaxşı olacağını düşünürsənsə, et". Vəssalam. Düzünü desəm, imic dəyişikliyimi yaxşı qəbul etdilər. Dəyişdiyim üçün şadam, bu mənə lazım idi.
- Güman ki, geyim - imicinin əsas hissəsidi. O da dəyişib.
- Hə. Dəbi həmişə sevmişəm. Bacım çox gözəl geyinir. O, Madriddədi, imkanım olan kimi birlikdə mağazaları gəzirik. Mənə nəyin yaraşıb-yaraşmadığını, yaxşı qaldığını həmişə söyləyir. Dəbi izləmək xoşuma gəlir, lakin istədiyim kimi. Məncə, hər kəsin öz üslubu olmalıdı.
- Özünüz, yoxsa qadınlar üçün geyinirsiniz?
- Özüm üçün geyinirəm və əgər qadınların xoşlarına gəlirsə - çox gözəldi. Əgər gəlmirsə, eybi yoxdu...
- Qadınlardan danışaq. Yenə də Sandre Bullokdan ötrü dəli-divanəsiz?
- (gülür) Bu, bir qədər köhnəlib. Səbəbini bilmirəm, lakin hər dəfə məndən qadın adı söyləməyi xahiş edəndə onun adını qeyd edirdim. Aktrisa kimi həmişə xoşuma gəlib. İndi başqa qadının adını söyləyə bilərəm, lakin susuram, əks halda, bundan sensasiya düzəldəcəklər.

0
0