“Neftçi” - “Rubin”: Hakimlər briqadası açıqlandı
06.11.2012 - 11:51
Avroliqanın qrup mərhələsinin IV turu çərçivəsində “Neftçi” – “Rubin” oyununda idarəçilik edəcək hakimlər briqadası açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 8-də saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça baş hakim təyin olunan Manuel Jorge Neves Mreyra de Souzaya həmyerliləri Bertino Cuhna Miranda, Rui Lisino Barbosa Tavares, Nuno Filipe Santos Tomas Pereyra, Joao Karlos Santos Kapela və Joao Francisko Lopes Ferreyra kömək edəcək.
Portuqaliyalı hakimlərin işini UEFA-nın israilli hakim-inspektoru Suheyl Daood qiymətləndirəcək. Matçın UEFA nümayəndəsi litvalı Janis Mejeçkis olacaq.
Portuqaliyalı hakimlərin işini UEFA-nın israilli hakim-inspektoru Suheyl Daood qiymətləndirəcək. Matçın UEFA nümayəndəsi litvalı Janis Mejeçkis olacaq.
0
0