Messinin bayramını korlamaq istəyənlər
07.11.2012 - 09:41
Messinin bayramını korlamaq istəyənlər
Bu gün bütün Avropanın diqqəti “Barselona”nın futbolçusu Lionel Messiyə yönələcək. Apasport.az saytının məlumatına görə, 25 yaşlı argentinalı hücumçu oğlu dünyaya gələndən sonra qol vurub, bunu meydanda komandası ilə qeyd edə bilmir. Messinin ötən cümə ilk övladı olandan sonra ertəsi çempionatda “Selta”ya evdə 3:1 hesabı ilə qalib gəlsələr də, özü fərqlənə bilmədi. Hərçənd o, getrində uşaq əmciyini gizlətmişdi.

“Sektik”in müdafiəçisi Efe Embrus ümid edir ki, Messini həyatında xoş hadisəni yenə qolla qeyd edə bilməyəcək: “Əlbəttə, mən Lineli həyatında bu möhtəşəm olay münasibətilə təbrik edirəm. Ancaq biz onun Qlazqodakı planlarını pozmaq fikrindəyik”.

Qeyd edək ki, Messi oğluna Tyaqo adını qoyub.