Elmir Xankişiyev milli komandada
07.11.2012 - 17:41
Elmir Xankişiyev milli komandada
19 yaşadək futbolçulardan ibarət yığmamızın yeni məşqçilər korpusunun tərkibinə aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, Arif Əsədov Vəli Qasımovun köməkçilərindən olmuş Vadar Quliyevlə işləmək istəməyib.

Onun yerinə Elmir Xankişiyev U-19-a gətirilib. Qapıçılarla işləyən məşqçi Nadir Şükürov əvvəlki tək bu komandada işini davam etdirəcək.

Qeyd edək ki, Arif Əsədovun təyinatı hələ təsdiqlənməyib. Bu təyinat gələn ilin qışında keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasındakı qərara əsasən rəsmiləşəcək.