“Heç vaxt bombardir kimi belə mükafat almamışam”
08.11.2012 - 20:50
“Əvvəllər də futbolda mükafatım olub. Amma heç vaxt bombardir kimi belə mükafat almamışam. Bu, ilk belə haldır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçala”nın hücumçusu Aqşin Həşimov bildirib.
Bu gün “Bəh-Bəh Klub”da keçirilən mərasimdə gümüş medaldan başqa, bombardir olduğu üçün xüsusi mükafata da sahib çıxan futbolçu yayda Premyer Liqa klublarından gələn təklifi geri çevirdiyini söyləyib: “Bəzi klublar məni birbaşa müqaviləyə çağırırdı. Həmin komandaların adlarını çəkməyə ehtiyac yoxdur. Mən özümü burda rahat hiss etdiyim üçün “Neftçala”da qalmağı üstün tutdum. Çünki burda yaxşı rəhbərlik, millidə bir yerdə olduğum tanış futbolçular var”.
Qeyd edək ki, ötən mövsüm 16 qol vuran Həşimov bu qolların bəzisini “Karvan”da vurub. Çünki futbolçu birinciliyə bu klubda başlamışdı. Hazırda isə “Neftçala”nın turnir cədvəlində lider olmasında baş tutmuş 8 turda vurduğu 8 qolun önəmi böyükdür.

0
0