Milli 2012-ci ildə: Foqts “Neftçi”ni bəyənmir
16.11.2012 - 16:58
2012-ci ildə 10 oyun keçirən Azərbaycan millisi 20 müxtəlif klubun futbolçularına güvənib. Apasport.az saytının məlumatına görə, yığmamızda forma geyinən 34 oyunçudan 5-i 2, 29-u 1 klubun nümayəndəsi kimi millidə təmsil olunub.
Bu 20 klubdan 9-u Azərbaycanı təmsil edir. Premyer Liqa klublarından “Rəvan”, “Turan” və “Kəpəz” yığmaya fayda verməyib. Digər 9 komandamızla yanaşı, Almaniya və Türkiyənin hərəsindən 3, İspaniyadan 2, Moldova, Rusiya və Latviyadan 1 klub Berti Foqtsun baş məşqçisi olduğu millidə təmsil edilib.
Ayrı-ayrı klubların yığmadakı təmsilçiliyində ilk 6 pillədə də yerli komandalar durur. Futbolçuları millidə ən çox oyun keçirən komanda isə yenə “Qarabağ”dır. Yığmamıza ən çox fayda verən Ağdam təmsilçisi ardıcıl 4 ildir ölkənin 1 nömrəsidir. 2008-ci ildə zirvədə olan “Neftçi”ni taxtdan salan “Qarabağ” 2009, 2010 və 2011-ci ildəki kimi yenə Foqtsa ən çox kömək edən klubdur.
Özü də ağdamlılar 3 qat çempion sayılırlar. Millidə hamıdan çox - 7 oyunçusu çıxış etmiş “Qarabağ” həm matç sayında (40), həm də qol sayında (3) bütün klubları kölgədə qoyub. Düzdür, bu dəfə 2-ci olan “Xəzər Lənkəran” liderə çox yaxınlaşıb. Onları zirvədən cəmi 6 oyun ayırır. 3-cü pillədə isə “Qəbələ” liderlərdən çox geri qalır. “İnter”də ən yaxşı 4 komanda sırasındadır.
Avropa Liqasının qrupunda oynaması ilə öyünən, eyni zamanda əsas hədəfinin yığma üçün futbolçu yetişdirmək olduğunu iddia edən “Neftçi” isə siyahıda 6-cı pillədədir. Paytaxt klubu üzvlərinin millidəki oyun sayında “Qarabağ”dan 5 dəfə zəifdir. Bu isə bir daha göstərir ki, paytaxt təmsilçisinin nailiyyətləri legionerlərinin güclü olması ilə bağlıdır. Foqtsun gözündə isə “ağ-qaralar” №1 olan “Qarabağ”la müqayisəyə belə gəlmir.
Qarabağ - 7 futbolçu, 40 oyun, 3 qol
Rauf Əliyev – 9 (2), Vüqar Nadirov – 8 (1), Rəşad Sadıqov – 6, Maksim Medvedev – 6, Əfran İsmayılov – 5, Vaqif Cavadov – 4, Rəşad Sadiqov - 2
Xəzər Lənkəran - 5 futbolçu, 34 oyun, 2 qol, 9 buraxılan qol
Branimir Subaşiç – 8 (1), Kamran Ağayev – 8 (-9), Rahid Əmirquliyev – 8, Ruslan Abışov – 5 (1), Elnur Allahverdiyev - 5
Qəbələ - 2 futbolçu, 13 oyun, 2 qol
Aleksandr Çertoqanov – 8, Mahir Şükürov – 5 (2)
İnter - 3 futbolçu, 9 oyun, 1 qol
Vladimir Levin – 5, Nizami Hacıyev – 2 (1), Arif Daşdəmirov - 2
Sumqayıt - 5 futbolçu, 8 oyun, 3 buraxılan qol
Bədavi Hüseynov – 3, Haci Əhmədov – 2, Səlahət Ağayev – 1 (1), Andrey Popoviç – 1 (-2), Uğur Pamuk – 1
Neftçi - 3 futbolçu, 8 oyun
Rusla Abışov – 4, Rail Məlikov – 3, Mahir Şükürov – 1
Hannover-96 (Almaniya) - 1 futbolçu, 7 oyun
Əli Gökdəmir – 7
Ərciyəsspor (Türkiyə) - 1 futbolçu, 5 oyun, 1 qol
Cihan Özkara – 5 (1)
Adana Dəmirspor (Türkiyə) – 1 futbolçu, 4 oyun, 1 qol
Cavid Hüseynov – 4 (1)
Frayburq II (Almaniya) - 1 futbolçu, 4 oyun
Uduk Budak - 4
Sivasspor (Türkiyə) - 1 futbolçu, 3 oyun
Cuhan Özkara - 3
Metallurq (Latviya) - 1 futbolçu, 2 oyun
Vüqar Əsgərov – 2
AZAL – 1 futbolçu, 2 oyun
Aqil Nəbiyev - 2
Deportivo Kastelyon (ispaniya) - 1 futbolçu, 2 oyun
Rizvan Umarov – 2
Bakı – 1 futbolçu, 1 oyun
Elvin Məmmədov – 1
Elçe (İspaniya) - 1 futbolçu, 1 oyun
Rizvan Umarov – 1
Əskişəhərspor (Türkiyə) - 1 futbolçu, 1 oyun
Ufuk Budak - 1
Milsami (Moldova) 1 futbolçu, 1 oyun
Elhad Nəziri – 1
Simurq - 1 futbolçu, 1 oyun
Rasim Ramaldanov
UGİM-80 (Rusiya) - 1 futbolçu, 1 oyun
Murad Ağayev – 1

0
0