“8:1 hesablı qələbə çox şeydən xəbər verir”
18.11.2012 - 14:05
Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt” üzərində 8:1 hesablı qələbə qazanan “Neftçi” klubunun futbolçusu Julius Vobay apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Böyük hesabla qələbə qazandığınız oyunu necə dəyərləndirərsiniz?
- 8:1 hesablı qələbə çox şeydən xəbər verir. 8 qol vurduq ki, bu da “Partizan”la Avropa Liqasının V turu çərçivəsində keçirəcəyimiz görüşdən öncə əla matç və gözəl qələbə oldu.
- Bu qələbəni ilk dövrədəki məğlubiyyətin revanşı hesab etmək olarmı?
- Biz gücümüzə bələdik. Nəyə qadir olduğumuzu bilirik. Bu dəfə necə oynayacağımızı özümüz üçün müəyyənləşdirmişdik. Birinci dövrədəki məğlubiyyət elə vaxtda düşmüşdü ki... Komanda səfər oyunundan gəlmişdi, yorğunluq var idi.
- “Sumqayıt”la dueli “Partizan”la oyunöncəsi əyləncəli məşq hesab etmək olarmı?
- Bu fikirlə razılaşa bilmərəm. Nəticədən asılı olmayaraq, oyun oyundur. Bu gün biz çempionatın növbəti turuna çıxmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Hesabın böyük olması o demək deyil ki, biz bu görüşü məşq adlandıraq. Bəzən görürsən ki, oyunun alınmır, qol vura bilmirsən. Bu gün hər şey qaydasında idi.
- Növbəti sınaq Avropa Liqasında olacaq. “Partizan”la duelə hazırsınız?
- Əlbəttə, artıq bütün diqqətimizi həmin qarşılaşmaya yönəltmişik. Yaxşı qələbədən sonra oyuna köklənmə də əla olur. Bakıdakı oyunda ancaq 3 xal qazanmaq haqda düşünürük. Səfərə də qələbə qazanmaq üçün getmişdik. Həmin istəyi burada reallaşdırmağa çalışacağıq. Publika da tərəfimizdə olacaq. Yerli azarkeşlər qarşısında bizi ancaq qələbə qane edəcək.
- “Partizan” da ilk qələbəsini “Neftçi” ilə oyunda qazanmaq istəyir. Bunu nəzərə alsaq, serbləri yenməyə gücünüz çatacaqmı?
- Biz əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Həm də azarkeşlərimizi sevindirmək istəyirik.
- “Neftçi”nin qrup mərhələsindəki çıxışını normal hesab edirsiniz?
- Bundan da yaxşı ola bilərdi. Əsas qrupa düşmək idi. Bu dəfə belə alındı.

0
0