“Partizan”ın baş məşqçisi təhqir olundu - FOTO - VİDEO
19.11.2012 - 13:17
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Serbiya “Partizan”ının baş məşqçisi Vladimir Vermezoviç xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda” ilə derbidəki 2:3 hesablı məğlubiyyətdən sonra mütəxəssis azarkeşlərin təzyiqinə məruz qalıb.
“Srvena Zvezda” fanatları rəqib çalışdırıcının ünvanına xoşagəlməz ifadələri binaların divarlarına, avtomobillərə həkk ediblər. Bununla kifayətlənməyən azarkeşlər mütəxəssisə məxsus “Mercedes”in qabaq qapısını da pis vəziyyətə salıblar. Bütün bunlara münasibət bildirən Vermezoviç narazılığını gizlətməyib: “Indi qonaqlarımla nahar edirəm. Bu haqda danışmaq istəmirəm. Lakin polisə müraciət edəcəyəm. Qoy, məsələni araşdırsın”.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasındakı növbəti oyununu Bakıda məhz “Partizan”a qarşı keçirəcək.

0
0