Runi “Qalatasaray”a qarşı oynaya biləcək
19.11.2012 - 18:50
Runi “Qalatasaray”a qarşı oynaya biləcək
“Mançester Yunayted”in lideri Ueyn Runi Çempionlar Liqasının V turunda “Qalatasaray”la sabahkı matçda oynaya biləcək. Apasport.az saytının məlumatına görə, ingilislərin təcrübəli çalışdırıcısı Aleks Ferqyuson son turda “Norviç”lə uduzduqları oyunda xəstələndiyinə görə meydana çıxa bilməyən hücumçunun hazırkı vəziyyətinə aydınlıq gətirib: “Ümid edirəm ki, onun “Qalatasaray”la oyuna qədər problemi yaranmayacaq. O, hazır olacağı halda, Çempionlar Liqasında oynayacaq”.

“Mançester Yunayted” artıq növbəti mərhələyə çıxdığından, şotland mütəxəssisin bir sıra aparıcı futbolçularına istirahət verəcəyi gözlənilir.