Kemal Alispahiç: Bizə bu 3 xal çox vacib idi
19.11.2012 - 19:04
Kemal Alispahiç: Bizə bu 3 xal çox vacib idi
“Hər 2 komanda layiqli oynadı. Matç heç-heçə bitsəydi, buna görə təəssüflənməyəcəkdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç deyib.

Bosniyalı mütəxəssis Topaz Premyer Liqasında bu gün evdə 1:0 hesabı ilə qalib gəldikləri AZAL-la oyuna yaxşı hazırlaşmalarının nəticəyə böyük təsir etdiyini düşünür: “Biz bu 3 xalı qazanmaq çox vacib idi. Əsas məqsədimiz “altılığ”a düşməkdir. Bu qələbə bizə ora düşmək uğrunda mübarizəni davam etdirməyə imkan verəcək”.