“Neftçi” və “Partizan” heç-heçə oynayacaq” - MÜSAHİBƏ
20.11.2012 - 14:48
“Rəvan” klubunun hücumçusu Nemanya Vidakoviçin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XIII turunda AZAL üzərində qələbə qazandınız. Halbuki, rəqib də bu matçda qalib gələ bilərdi. Oyun necə keçdi?
- AZAL ilə qarşılaşma bizim üçün çox əhəmiyyətli idi. Bilirdik ki, 3 xal qazansaq, ilk “altılıq” şanslarımızı qoruyub saxlayacağıq. Rəqibə də qələbə lazım idi. Bu üzdən qarşılaşma gərgin keçdi. Hər iki komandanın qapılar önündə şansı oldu. Ancaq biz bu şanslarımızdan birini dəyərləndirməyi bacardıq.
- Növbəti turdakı rəqibiniz “Qəbələ”dir. Bu matç haqda nə deyə bilərsiz?
- “Qəbələ” AZAL-dan daha güclüdür. Son 3 turda qələbələri sıralamaları rəqibin gücündən xəbər verir. Bununla belə, əgər ilk “altılıq”da özümüzü görmək istəyiriksə, mütləq bu görüşdən də qələbə ilə ayrılmalıyıq. Özü də matçı Qəbələdə yox, Bakıda keçirməyimiz bizim üçün üstünlükdür... Yeri gəlmişkən, həm AZAL, həm də “Qəbələ”yə qarşı ilk oyunlarda meydanda olmamışdım. İlk dövrədə “Qəbələ”ni yenməyi bacarmışdıq. Məncə, bu dəfə də qələbə qazanacağıq. Olmasa, ən pis halda heç-heçəyə razılaşacağıq.
- Siz də Serbiyadansız. Noyabrın 22-də isə “Neftçi” Avroliqada “Partizan”la qarşılaşacaq. Bu oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- “Partizan” mənə doğma komandadır. Çünki mən də bu klubun təmsil etdiyi Belqrad şəhərində doğulmuşam. “Partizan”da oynamasam da, orda çıxış etmək uşaqlıq arzularımdan olub. Həmin gün matça stadiondan baxmağa çalışacam. Oyunun nəticəsinə gəlincə, düşünürəm ki, “Neftçi” və “Partizan” heç-heçə oynayacaq. Ancaq dəqiq hesabı deyə bilmərəm.
- Cevat Gülər və Bəhmən Həsənovun vaxtında heyətə düşməkdə çətinlik çəkirdiz. Ancaq məşqçi dəyişikliyindən sonra ötən mövsüm olduğu kimi oynamağa başladız. Əgər qışda klublarımızdan birindən təklif alsaz, dərhal “Rəvan”dan getməyə qərar verərsiz?
- Mənim “Rəvan”la müqaviləm iyun ayına kimi nəzərdə tutulub. Bu üzdən təklif alsam belə, müqavilə ilə məxsus olduğum klubu tərk edə bilmərəm. Amma özümü burda yaxşı tərəfdən göstərib daha güclü komandaların heyətində çıxış etmək istərdim. Bunu gələcək göstərər.

0
0