Lyuba Baranin “Rad”dan üzr istədi
20.11.2012 - 17:25
Lyuba Baranin “Rad”dan üzr istədi
“Qəbələ”nin və “Kəpəz”in sabiq futbolçusu Lyuba Baranin “Rad”la oyunda yaşananlara görə Belqrad klubundan üzr istəyib. Apasport.az saytı xəbər verir ki, Baranin hələ oktyabrda “Novi Pazar”la “Rad” arasında baş tutan görüşdə komandasının azarkeşlərinin qaldırdığı bannerə görə üzrxahlığını “Facebook” sosial şəbəkəsində paylaşıb.

Belə ki, əsasən müsəlmanlar yaşayan Novi Pazar şəhərinin “Ekstremi” fanat qruplaşması həmin matçda qaldırdığı bannerlə Kosovo Azadlıq Ordusunun üzvlərinin serblərin orqanlarını çıxarmasına işarə edib: “Ürək, böyrək, ağ ciyər sarı evdə yaşayırdı”.

Təbii ki, Belqradda doğulmuş olan serbiyalı hisslərinə sahib çıxa bilməyərək çıxış etdiyi klubun azarkeşlərinin əksinə hərəkət edib və sosial şəbəkədə bu cümləni paylaşıb: “Novi Pazarda qaldırılan biabırçı bannerə görə “Rad”ın bütün oyunçularından üzr istəyirəm”.

26 yaşlı müdafiəçinin bu cümləsinə “Qəbələ”yə gəlməzdən əvvəl çıxış etdiyi “Bejaniya” klubundan və ölkəmizdə çıxış edən serblərdən dəstək gələcəyi gözlənilir.