“Heç-heçəni yaxşı nəticə saymaq olar”
25.11.2012 - 18:28
“Heç-heçəni yaxşı nəticə saymaq olar”
“Sumqayıt” güclü komandadır, bizimlə oyunları həmişə gərgin mübarizədə keçir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIV turunun “Sumqayıt”la qarşılaşması (1:1) haqda fikirlərini açıqlayıb: “Heç-heçəni yaxşı nəticə saymaq olar. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Müəyyən problemlərimiz var. İlk altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”.