“İnter”esnıy” ssenari
26.11.2012 - 13:52
"İnter"in prezidenti Georgi Nikolov tez-tez klubun rəsmi saytında köşə yazıları ilə çıxış edir. İnsaf naminə, onun bədii təxəyyülünə söz ola bilməz. Həmişə elə mövzulara toxunur ki, sadəcə, mat qalırsan. Eyni zamanda hadisələrə orijinal, qeyri-adi yanaşmaları var.
Ancaq şənbə günü mənə aydın oldu ki, onun dünyagörüşü daha əhatəlidir. Düzdü, Zaqataladakı oyunla bağlı ssenarinin məhz onun, yoxsa daha yuxarıdakıların beyninin məhsulu olduğunu bilmirəm, bununla belə, etiraf etməliyəm ki, çox gözəl tamaşa idi. Məqsəd dəyişməyib, ümumi və perspektiv maraqlara toxunmadan birgə strategiya üçün ən yaxşı addım atıldı.
Son vaxtlar "İnter" - "Simurq" qardaşlığı" haqqında həddən artıq çox danışılırdı. Zaqatalalıların hər dəfə "böyüklərinə" uduzması təkcə digər klublarda deyil, futbol ictimaiyyətində də qıcıq doğururdu. Ona görə də bu söz-söhbətin qarşısını almaq üçün tarixi ərzində heç olmasa, bir dəfə uduzmaq lazım idi. Və indi bunun əsl məqamı idi. Çünki liderlərin bir-birinin ardınca xal itirdiyi zamanda "qardaşlar" onsuz da zirvədə rahatdı və yanaşı irəliləmək heç kimə mane olmur.
Təbii ki, "İnter" üçün kimin nə danışmasının da bir o qədər önəmi yoxdu. Eyni mənbədən maliyyələşən 2 klub onsuz da istədiyini edir. Sadəcə, bu məğlubiyyət həm də ona görə lazım idi ki, sabah çempionluğa oynamaq üçün daha münbit şərait olsun. Ardıcıl 5 oyunda qələbəyə həsrət qalan zaqatalalılar yavaş-yavaş "altılığ"ı tərk etməkdə idi. Ancaq bu farm-klub "bankirlər"ə məhz final mərhələsində daha lazımlıdı. Çünki əsas rəqibləri büdrətmək üçün Zaqataladan gözəl yer yoxdu. Məhz buna görə də "İnter" bu gün 3 xalı qurban verməklə sabah üçün gözəl dotasiya etmiş oldu. Kəsəsi, 2 komandanın final mərhələsinə bir yerdə getməsi daha yaxşıdı.
İndi "İnter" rəsmiləri "udanda da, uduzanda da tənqid edirlər" deyə narazılığa başlayacaq. Özləri bilər, biz olanı yazırıq, düzlükdən düz adamlar danışa bilər. Ancaq bu komandaların əməlləri bundan tamamilə uzaqdı. Bu, ölkə çempionatını, futbol ictimaiyyətini barmağına dolamaqdan başqa bir şey deyil. "İnter" o vaxt təmizlikdən danışa bilər ki, farm-klubuyla bağlılığına son qoysun, digər 10 komanda kimi onlara da eyni münasibəti göstərsin. Ancaq bakılılar neyləyir?
Heyətində artıq oyunçu olan kimi yalnız Zaqatalaya icarəyə göndərir, hətta baş məşqçi Kaxaber Sxadadzenin köməkçisini də bu komandaya baş məşqçi təyin edir, bildiyimiz və bilmədiyimiz bütün məqamlarda "Simurq"a əl tutur.
Bu isti münasibətin tüstüsünü isə hamı görür, hamı danışır, AFFA heç bir tədbir qılmır. Hələ "qardaşlar"ın "altılığ"ın 2 yerini "zanit" etməsi final mərhələsində də çox problemə yol açacaq, "İnter"in çempionluğa yaxınlaşmasını, digər klubların haqqının tapdanmasını zəruri edəcək. Qeyri-bərabər mübarizədə "bankirlər" faktiki 6 xal ehtiyatı ilə mübarizə aparacaq (Sport Ekspress).
Zaqatalada səhnəyə qoyulan yeni ssenarili köhnə tamaşanın çatışmazlıqları da var idi. Belə ki, Bakıdakı oyunda qol 52-ci, bu dəfə 53-cü dəqiqədə vuruldu. Yəni, hər 2 matçda ilk hissə yola verildi, fasilədən həmən sonra qalib müəyyənləşdi. Qolun bu dəqiqəyə təsadüf etməsinin səbəbi həm də o idi ki, artıq liderlərin ən yaxın izləyicisi olan "Qarabağ"ın büdrəməsi dəqiqləşmişdi, artıq əməliyyatı həyata keçirmək olardı. Ağdamlılar qələbə qazansaydı, yəqin ki, Zaqatalada heç-heçə qeydə alınacaqdı - bu zaman "İnter" daha təhlükəsiz mövqedə qərar tutacaq, "Simurq" isə 1 xalla ən azı iddiasını qoruyacaqdı. Ancaq "Turan"dan gələn hədiyyəyə görə ssenari də belə müəyyənləşdi.
Daha önəmli məqam heyətlə bağlı idi. "İnter"in 2 əsas heyət üzvünün birdən-biri cəzalı duruma düşməsi (!), Valeri Abramidzenin fasiləyə kimi əvəzlənməsi, qapının ehtiyatda çürüyən birinə etibar edilməsi, komandaya qol lazım olduğu bir vaxtda hücumçu Baçana Sxadadzenin yerini yarımmüdafiəçiyə verməsi sizcə, ssenariyə uyğun gedişlər deyildimi?
Hələ "bankirlər"in heyətində heyət üzü görməyən neçə oyunçunun 90 dəqiqə mübarizə aparmağına diqqət yetirin. Bütün bunlara aydınlıq gətirmək üçün baş məşqçi Kaxaber Sxadadze görəsən, niyə mətbuat konfransına gəlmədi? Bəlkə onun ümumiyyətlə, oyunda iştirak etməməsi "bilərəkdən uduzma planı"na etiraz əlaməti idi?
Hə, cənab Nikolov, köşə yazmağınız üçün daha bir mövzu var. İnanın, bu məğlubiyyətin reallaşma səbəbini sizin qələminizdən çıxan yazıda oxumaq üçün səbirsizlənirəm.
Yazın, izah edin, hali olaq, çoxdandı nağıl oxumuram...

0
0