“Bu gün əmin oldum ki, “Neftçi” çox yaxşı komandadır”
02.12.2012 - 20:25
“Vacib üç xal qazandıq, çox çətin oyun oldu. “Neftçi” əla oynadı, sona kimi mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XV turunun “Neftçi” ilə oyunu (1:0) haqda fikirlərini açıqlayıb: “Topla çox yaxşı davranırlar, buna görə bizə müəyyən çətinliklər yaratdılar. “Neftçi”nin əvvəlki oyunlarını izləmişdim, bu gün əmin oldum ki, çox yaxşı komandadır. Futbolçularım sona kimi mübarizə apardı, müdafiədə diqqətli oynadıq. Çempionat hər tur daha da maraqlı olur. Fikrimcə, altılıq komandaları son turda müəyyənləşəcək”.
Mənvə: pfl.az

0
0