Millimizin rəqibləri müəyyənləşdi – YENİLƏNİB
04.12.2012 - 17:32
Bu gün futzal üzrə Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2014-cü il Belçikada təşkil olunacaq yarışın təsnifat və seçmə mərhələsindəki qrupları müəyyənləşib.
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Bu dəfə çempionatda 45 komanda oynayacaq. Onlardan 4-ü – Danimarka, İsveç, Cəbəllütariq və Uels debütantlardır. Finala gedən yol bu dəfə 3 mərhələdən ibarət olacaq.
Ən aşağı reytinqli millilər gələn il yanvarın 22-27-də ilkin mərhələdə münasibətlərini aydınlaşdıracaq. Burada 22 komanda 6 qrupda yarışacaq və yalnız qaliblər mərhələ adlayacaq.
Təsnifat mərhələsi
A: Fransa*, Çernoqoriya, San-Marino, Cəbəllütariq**
B: Moldova, Gürcüstan, Malta*
C: Litva*, Kipr, İngiltərə,
D: Yunanıstan. Bolqarıstan*, Ermənistan. Uels
E: İsrail, Andorra. Estoniya. İsrail
F: Albaniya. Norveç, İsveçrə, Danimarka
* Meydan sahibləri fərqləndirilib.
** Son 2 qrupun meydan sahibi hələ müəyyənləşməyib.
Bu mərhələnin qalibləri mübarizəyə əsas mərhələdən başlayan yığmalara qoşulacaq. Gələn il martın 26-31-də baş tutacaq bu mərhələdə komandalar hər birində 4 milli olmaqla, 7 qrupda mübarizə aparacaq.
Azərbaycan milli komandası da mübarizəyə məhz bu mərhələdən qoşulacaq. Yığmamız B qrupunda yer alıb. Oyunları Slovakiyada keçirilən qrupda Joze Alesionun yetirmələrinin rəqiblərindən biri də Bosniya və Herseqovina olacaq. Sonuncu rəqibimiz isə təsnifat mərhələsinin F qrupunun qalibi olacaq.
Seçmə mərhələ
A: İtaliya*, Macarıstan. Finlandiya, A qrupunun qalibi
B: Azərbaycan. Slovakiya*, Bosniya və Herseqovina, F qrupunun qalibi
C: Rusiya, Rumıniya. Qazaxıstan, Latviya*
D: İspaniya*, Xorvatiya, Makedoniya, E qrupunun qalibi
E: Portuqaliya, Serbiya*, Polşa, D qrupunun qalibi
F: Çexiya, Belarus, Hollandiya*, B qrupunun qalibi
G: Ukrayna, Sloveniya, Türkiyə*, C qrupunun qalibi
Göründüyü kimi, millimiz ən güclülərin yer aldığı səbətdən çıxdığı üçün asan qrupa düşüb. Bu isə yığmamıza Avro-2014-ə birbaşa vəsiqə qazanmaq imkanı verir.
Belə ki, 7 qrupun qalibi birbaşa Belçikadakı final mərhələsinə vəsiqə əldə edəcək. Avro-2014-ün son 4 iştirakçısı isə pley-offda müəyyənləşəcək. 7 qrupda 2-ci yeri tutanlar və ən yaxşı qrup üçüncüsü 4 cütdə qarşılaşacaq. Bu qarşılaşmalar isə sentyabrın 17-si və 24-də baş tutacaq.

0
0