“Zenit” və “Ayaks” Avroliqaya düşdü, “şəhərlilər” qrupda qaldılar
05.12.2012 - 01:54
“Zenit” və “Ayaks” Avroliqaya düşdü, “şəhərlilər” qrupda qaldılar
UEFA Çempionlar Liqasında (ÇL) ilk 4 qrupda VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında mübarizəyə yekun vurulub. Bununla da bu qruplarda bütün məsələlərə aydınlıq gəlib.

A qrupunda yeganə önəmli oyun Fransanın paytaxtında baş tutub. PSJ evdə “Portu”ya qalib gəlməklə qrupu lider kimi tamamlayıb. Qarlı hava şəraitində baş tutan “Dinamo”ların duelində isə qalib müəyyənləşməyib. Xorvatlar son dəqiqələrdə penaltidən hesabı bərabərləşdirməklə həm ilk qolunu vurub, həm də ilk xalını qazanıb.

“Arsenal”ın yer aldığı B qrupunda isə yerdəyişmə olmayıb. Belə ki, “Şalke” Fransadan xalla qayıtsa da, London klubu gözlənilmədən Yunanıstanda məğlub olub. Belədə “Arsenal” qrupu ikinci sırada başa vurmalı olub.

C qrupunda “Zenit” özünə sərf edən nəticəyə Milanda nail ola bilib. Sabah “Neftçi”nin çıxacağı meydanda ruslar ev sahiblərini minimal hesabla yenməklə Avroliqada çıxışını davam etdirəcək. “Anderlext” isə İspaniyada yalnız yaxşı oyunla yadda qalıb.

“Ayaks” və “Mançester Siti” isə səfər oyunlarından xal ilə qayıda bilməyib. Bu, hollandların işinə yarayıb. Belə ki, aktivində ingilislərdən 1 xal çox olan Amsterdam klubu Avroliqada mübarizə aparacaq. Roberto Mançininin komandası isə ardıcıl ikinci mövsümdür ki, ÇL-də mübarizəni qrupdaca başa vurur.


A qrupu
PSJ (Fransa) – “Portu” (Portuqaliya) - 2:1
Silva, 30; Lavezzi, 61 - Martines, 33
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:1
Krstanoviç, 90 (pen) - Yarmolenko, 45

1
PSJ
6
5
0
1
14-3
15
2
Porto641110-413
3
Dinamo (K)
6
1
2
3
6-10
5
4
Dinamo (Z)
6
0
1
5
1-14
1


B qrupu
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 2:1
Maniatis, 64; Mitroglou, 73 - Rositski, 38
“Monpelye” (Fransa) – “Şalke” (Almaniya) - 1:1
Herrera, 66 - Hövedes, 56

1
Şalke633010-612
2
Arsenal
6
3
1
2
10-8
10
3
Olimpiakos
6
3
0
3
9-9
9
4
Monpelye
6
0
2
4
6-12
2


C qrupu
“Milan” (İtaliya) – “Zenit” (Rusiya) - 0:1
Dani, 34
“Malaqa” (İspaniya) – “Anderlext” (Belçika) - 2:2
Duda, 45; 61 - Yovanoviç, 50; Mbokani, 90

1
Malaqa633012-512
2
Milan
6
2
2
2
7-6
8
3
Zenit
6
2
1
3
6-9
7
4
Anderlext
6
1
2
3
4-9
5


D qrupu
“Borussiya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:0
Şiber, 57
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) - 4:1
Ronaldo, 13; Kalyexon, 28; 81; Kaka, 49 - Boerrigter, 59

1
Borussiya (D)642011-514
2
Real (M)
6
3
2
1
15-9
11
3
Ayaks
6
1
1
4
8-16
4
4
Mançester S
6
0
3
3
7-11
3