Moratti Sneyderin “Neftçi” ilə matçda meydana çıxacağına ümid edir
04.12.2012 - 14:08
“Əlbəttə, futbolçunun oynayıb-oynamamağı haqda qərarı baş məşqçi verir. Lakin mən Uesli Sneyderin komandaya kömək etməyinin tərəfdarıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti deyib.
Avropa Liqasının qrup mərhələsinin VI turunun “Neftçi” ilə dekabrın 6-da keçiriləcək oyunu ərəfəsində müsahibə verən Moratti müqaviləsinə yeni düzəlişlərin edilməsi ilə razılaşmadığı üçün heyətdən kənar düşən Uesli Sneyderlə bağlı məsələyə toxunub.
O, yarımmüdafiəçini həm “Neftçi”, həm də digər oyunlarda meydanda görmək istəyir: “Gələn ilin yanvarına qədər olan matçlarda Ueslini meydanda görmək istəyərdim. Mən ehtiyatda oturan futbolçuya pul verəsi deyiləm ki. Heç bu məsələnin necə olacağını da bilmirəm. Sneyderlə bağlı heç bir klubdan təklif almamışıq. Hələ ki, yarımmüdafiəçi “İnter”in oyunçusudur”.

0
0