AFFA-nın İntizam Komitəsi hakim səhvini üzə çıxardı
04.12.2012 - 14:21
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XV turunun oyunlarında baş verən neqativ hallara hüquqi qiymət verilib.
“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” 1000 manat cərimə olunub. Matçın 30-cu dəqiqəsində azarkeşlər tərəfindən meydançaya pirotexniki vasitə atıldığından “ağ-qaralar” daha 2000 manat ödəyəcəklər. “Qəbələ” ilə səfər oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakı” da 1000 manat ziyana düşüb.
İntizam Komitəsi əvvəlki turlarda olduğu kimi, yenə bir hakim səhvi aşkar edib. “Xəzər Lənkəran” – AZAL matçının 34-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adrian Pitə göstərilən sarı vərəqə ləğv olunub.
Belə ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənovun simulyasiyaya görə verdiyi xəbərdarlıq düzgün qərar olmadığı müəyyənləşib. Matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməyi aşkar edilib.
Bundan başqa, Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Turan” matçını da müzakirə edən komitə 4 sarı vərəqə alan qonaqları 1000 manat cəzaya məruz qoyub. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan” – “Xəzər Lənkəran” matçında göstərilən qırmızı vərəqələrə görə cəzalar fərqli olub. 90+3-cü dəqiqədə meydan sahiblərinin qapıçısı Andrey Popoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 200 manat xərcə salıb. Qarşılaşmanın 116-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev 3 oyunluq cəzalanıb və 2000 manat cərimə edilib.

0
0