Millimizə çağırılan futbolçu yalnız 2 komandamızı tanıyır MÜSAHİBƏ
04.12.2012 - 15:00
Almaniyanın “Kayzerslautern” klubundan Azərbaycan yığmasının seleksiya xarakterli məşqlərinə dəvət edilən futbolçu Rüfət Dadaşovun apasport.az saytına müsahibəsi
- Öncə özünüz haqda məlumat verərdiniz...
- 1991-ci ildə Bakıda doğulmuşam. 6 yaşım olanda valideynlərim Almaniyaya köçüb. O vaxtdan orada yaşayırıq. Futbolda ilk addımlarımı da Almaniyada atmışam. Öncə “Wehen Wiesbaden” klubunun, ardından “Maynts” klubunun futbol akademiyasında oynamışam. “SV Gonsenheim” klubunun aşağı yaş qrupları üzrə komandasında oynadıqdan sonra yayda Almaniyanın köklü klublarından “Kayzerslautern”in əvəzedici komandasına keçmişəm. Nənəm, babam, əmim, xalam Azərbaycanda yaşayır.
- Milli komandamızın toplanışına çağırılmağınız necə baş tutdu? Sizinlə kim əlaqə saxlayıb?
- Nihat adında menecer mənimlə əlaqə saxladı. O, AFFA üçün futbolçular axtarır. İlk təklifi ondan aldım. Daha sonra menecerim Zaur Dünyamalıyevlə Bakıya gəldik.
- Azərbaycan yığmasından belə bir təklif gözləyirdiniz?
- İndiki məqamda yox. Yığmaya dəvət edildiyimi biləndə sevincimin həddi-hüdudu yox idi. Mənə inanırlar və həmin etimadı doğrultmağa çalışacağam.
- “Kayzerslautern”in ikinci komandasında çıxış edirsiz. Buradakı məşqlərlə klubdakı hazırlıq prosesini müqayisə edə bilərsiniz?
- Elə ciddi fərq görmürəm. Orada da həftəiçi bir neçə hazırlıq prosesi keçirik. Əsas fərq ondadır ki, hər həftənin ikinci günü fiziki hazırlıq üzərində işləyirik. Burda onu görmədim. Millidə hər gün iki dəfə məşq edirik. Bu da normal haldır.
- Azərbaycandan dəvət almağınız xəbərini ailənizdə necə qarşıladılar?
- Əlbəttə, sevindilər. Atam vaxtilə idmançı olub. O, su polosu üzrə komandada çıxış edib. Adı Oleq Dadaşovdur.
- Bakıya gələnə qədər Azərbaycan futbolu haqda nə bilirdiniz?
- “Neftçi”, “İnter” kimi klubları tanıyıram. İmkan düşdükcə müəyyən məlumatlar əldə etməyə çalışıram. Yığmanın bəzi oyunlarının icmalını izləmişəm.
- Almaniyaya köçdükdən sonra Bakıya gəlmisinizmi?
- Bir dəfə qohumlarıma baş çəkməyə gəlmişdim.
- “Kayzerslautern”də məqsədiniz nədir?
- Təbii ki, hər bir futbolçu kimi mən də özümü Bundesliqada sınamaq istəyirəm. Hazırda klubun əvəzedici (U-23) komandasında çıxış edirəm. Komandamız Almaniyanın Regional Liqasında gücünü sınayır.
- Bakıya gələnə qədər Berti Foqts haqda nə eşitmişdiniz? Onu tanıyırdınız?
- Almaniyada onu hamı tanıyır. O, ölkəsinin futbol tarixinə adını həkk elətdirib. Amma şəxsən tanışlığımız yox idi. İlk dəfə burada görüşmək imkanı qazandım. Onun kimi tanınmış məşqçinin Azərbaycanda çalışması əhəmiyyətli məqamdır. Bu gün onun rəhbərliyi altında məşq etməyimlə fəxr edirəm.

0
0