“Azərbaycanla yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”
04.12.2012 - 17:02
“Azərbaycanla yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”
“Azərbaycan millisi komandası ilə yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Özbəkistan Futbol Federasiyasının baş katibi Sərdar Rəhmətullayev deyib.

O bildirib ki, gələn ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı keçəcək Özbəkistan yığmasının fevralın ilk günündə Azərbaycanla görüşəcəyini bildirib: “Özbəkistan millisi yığmanızla gələn il fevralın 1-də görüşəcək. Həmin yoldaşlıq oyunu Dubayda keçiriləcək. Artıq bu məsələ tam həll olunub. Bizdə yığmalarla bağlı bütün məsələlərlə Milli Komandalar Mərkəzi məşğul olur. Elə Azərbaycan millisi ilə görüşün keçirilməsini də onlar razılaşdırıb”.