Səlahət Ağayev: Açığı, tələsmək məsləhət deyil
04.12.2012 - 17:13
“Hazırlığımız normal şəkildə davam etdir. Əsas məqsədimiz “Qəbələ” ilə görüşdən qalib ayrılmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev deyib.
Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Bayıl Arena”da “Qəbələ”ni qəbul edəcək komanda bu oyun üçün məşqlərə start verib.
Millinin Şimali İrlandiya ilə keçirilmiş görüşündə zədələnən Ağayev hazırlıq prosesi və durumu ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Zədəli olsam da, komanda ilə birlikdə hazırlığımı davam etdirirəm. Sabah barmağımdakı gips açılacaq. Bundan sonra növbəti dəfə həkim müayinəsindən keçəcəm. Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam. Açığı, tələsmək məsləhət deyil. “Sumqayıt”ın azarkeşləri rahat olsunlar. Çünki məndən başqa, komandada Elçin Sadıqov və Anar Məhərrəmov kimi 2 istedalı qapıçı var. Elçin AZAL və “Simurq”la keçirilmiş son 2 görüşdə olduqca inamlı təsir bağılayıb”.

0
0