“Neftçi” sabah məşhur arenaya çıxacaq
04.12.2012 - 19:45
“Neftçi” sabah Avroliqanın qrup mərhələsində son səfər oyununu keçirəcəyi İtaliyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz dekabrın 6-da qonağı olacağı “İnter”lə səfər matçına çarter reysi ilə uçacaq.
Saat 10:00-da havaya qalxacaq təyyarə 4 saatdan sonra İtaliyanın Varezi şəhərinə düşəcək. Oradan Milan şəhərinə avtobusla 1 saatlıq yol qət edəcək komandamız beşulduzlu “Ramada” otelində qalacaq.
Bakılılar axşam saatlarında məşhur “Cuzeppe Meatsa” stadionuna ayaq basacaq. Belə ki, yerli vaxtla saat 18:30-da (Bakı vaxtilə 21:00-da) “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin həmin məkanda mətbuat konfransı başlayacaq. Bundan 30 dəqiqə sonra açıq məşq olacaq.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu yerli vaxtla saat 21:05-də başlayacaq.
Təmsilçimiz dekabrın 7-də yerli vaxtla saat 11:00-da Vətənə dönəcək.

0
0