Bekhemin “Los Anceles Qalaksi” məcarası başa çatdı
04.12.2012 - 20:29
ABŞ çempionatı olan MLS-də çıxış edən Devid Bekhem “Los Anceles Qalaksi”dən ayrıldı. Apasport.az saytının məlumatına görə, ingilis futbolçu 5 illik Amerika macərasına son qoydu. Özü də Bekhem ayrılığını çempionluqla qeyd etdi.
“Klubdakı ilk 2 mövsümüm yaxşı keçmədi. Kamanda nailiyyət qazana bilmirdi. Daha sonra “Brus Arena”ya gəldik və hər şey dəyişdi. Burada həyatımın ən xoşbəxt günlərimi keçirdim. Mənə göstərdiyiniz yaxınlığı həyatım boyu unutmayacam” - deyə, Bekhem, bildirib.
Qeyd edək ki, Devid ABŞ-da legioner həyatına 2007-ci ildən başlayıb. O, “Los Anceles Qalaksi” ilə dəyəri 250 milyon dollar olan 5 illik müqavilə imzalamışdı. Bu beşillik dövründə o, 2 dəfə “Milan”da çıxış edib.

0
0