PSJ ilə “Çelsi” rəqabətdə
04.12.2012 - 21:01
PSJ ilə “Çelsi” rəqabətdə
Xosep Qvardiola yenidən baş məşqçi ola bilər. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssislə PSJ yaxından maraqlanır. Lakin Fransa klubu gərək “Çelsi” ilə rəqabətdən üstün çıxsın.

Belə ki, ingilis mətbuatı “zadəganlar”ın sahibi Roman Abramoviçin də Qvardiola ilə danışıqlar apardığını bildirir. Bununla yanaşı mətbuatda, londonlular Roberto Di Matteonu istefaya göndərdikdən sonra Rafael Benitezi komandanın başına müvəqqəti olaraq gətirildiyi qeyd edilir.

Əgər Paris təmsilçisi Xosep Qvardiolanı PSJ-nin sükanı arxasına gətirə bilməsələr, onda onlar “Real”ın çalışdırıcısı Joze Maurinyo ilə danıqlara başlayacaqlar.