Nizami Hacıyev Polşaya baxışa gedib, qol vurdu
04.12.2012 - 21:53
Azərbaycan milli komandasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Polşa klubuna keçə bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü hazırda adı çəkilən ölkənin “Pagon” klubunda baxışdadır.
“İnter”in baş direktorunun mavini Səbuhi Səfiyarlının sözlərinə görə, Polşa təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə yaradaraq, onu “Pagon”un heyətində sınaqdan keçirmək üçün ölkələrinə dəvət ediblər:
“Hacıyev artıq Polşa Birinci Liqasında çıxış edən “Energetik”lə yoxlama görüşündə meydana çıxıb və o, rəqibin qapısından bir qol keçirməyi də bacarıb. Əgər polşalılar Nizaminin oyununu bəyənərlərsə onda biz futbolçumuzun “Pagon”da çıxış etməsinə şərait yaradacağıq”.
Qeyd edək ki, “Pogon” Polşanın əsas çempionatında mübarizə aparır. Bu komanda keçirdiyi 14 oyundan sonra 21 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.

0
0