Fernandes “Eskişehirspor” matçında olmayacaq
04.12.2012 - 22:16
Fernandes “Eskişehirspor” matçında olmayacaq
“Beşiktaş”a Manuel Fernandesdən şok xəbər. Apasport.az saytının məlumatına görə, zədəli olan portuqaliyalı futbolçu Türkiyə Superliqasının 15-ci turunda cümə günü oynanılacaq “Eskişehirspor”la qarşılaşmada, meydana çıxa bilməyəcək.

“Ağ-qaralar”ın ölkə kubokunda “Ankaragücü” və Superliqada “Orduspor”la görüşlərində zədəli olduğuna görə matçı kənardan izləyən Fernandes, ötən gün müayinə olunmaq üçün Lissabona yollanıb. Burada Portuqaliya milli komandasının həkimlərinin nəzarəti altında olan təcrübəli oyunçunun dizində, müəyyən problemlər aşkarlanıb.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasının turnir cədvəlində 25 xalla 3-cü pillədə qərarlaşıb.