Mərt Nobre yenidən İstanbul klubuna qayıdır
04.12.2012 - 23:20
Mərt Nobre yenidən İstanbul klubuna qayıdır
Mussa Sovun oyunundan son dərəcə razı qalan “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman, rəhbərlikdən bəzən seneqallı futbolçunun yerinə bəzən də onunla yan-yana mübarizə aparacaq bir forvart alınmasını tələb edir. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis bir vaxtlar “sarı-bülbüllər”in formasını geyinən və hazırda “Mersin İdmanyurdu”da yaxşı oyun sərgiləyən Mərt Nobreni sərəncamında görmək istəyir.

Qeyd edək ki, uşaqlarının məktəbi ilə əlaqədar olaraq braziliyalı futbolçu da İstanbulda yaşamağı üstün tutur.