Fatih Terim: İngiltərədən gələcək xəbəri gözləmək istəmirəm
05.12.2012 - 00:14
Fatih Terim: İngiltərədən gələcək xəbəri gözləmək istəmirəm
“Hər kəs qrupdan çıxmağa layiqidir. “Braqa” qrupumuzdakı ən güclü və ən təhlükəli komandalardan biridir. Amma futbolda bəzən istədiyini əldə edə bilmirsən. Əgər burada işimiz çətinə düşərsə, onda bir qulağımız İngiltərədə olacaq. Ümüt edirəm ki, Mançesterdən gələcək xəbərləri gözləmək məcburiyyətində qalmayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Çempionlar Liqasının H qrupundakı son oyununu səfərdə “Braqa” ilə oynayacaq “Cim-Bom”un təcrübəli çalışdırıcısı, “məğlub olacağıq və ya qələbə qazanacağıq əsas odur ki, növbəti mərhələyə adlayaq”.

Qeyd edək ki, aktivində 7 xalı olan “Qalatasaray” qrupda 2-ci pillədə qərarlaşıb. 3 xala malik olan “Braqa” isə sonuncudur.