“Ana vətənim də olsa, Türkiyə mənim üçün yeni bir ölkədi”
05.12.2012 - 02:14
“Ana vətənim də olsa, Türkiyə mənim üçün yeni bir ölkədi”
"Qalatasaray"ın futbolçusu Hamit Altıntop hələ də Türkiyə həyatına öyrəşə bilmir. Apasport.az saytının xəbərinə görə, mövsümün əvvəlində "Real"dan transfer edilmiş yarımmüdafiəçi sosial həyatda bəzi çətinliklər yaşadığını etiraf edib.

Hamit Almaniyada doğulub və karyerasının böyük hissəsini də məhz bu ölkədə keçirib. 2011-12-ci illərdə İspaniyada olan futbolçu bu ilin avqustundan doğma vətənində çıxış etməyə başlayıb. Türkiyəli öz ölkəsində olsa da, İstanbula alışmağın ona problem yaratdığını bildirib: "Türk olsam və şəhəri tanısam belə, burada həyat fərqlidi. Çünki yığmanın oyunlarını çıxmaq şərtilə demək olar ki, Türkiyədə olmamışdım. Futbol hər yerdə eynidi, amma unutmaq lazım deyil ki, mənim də futboldan kənar həyatım var. Ana vətənim də olsa, Türkiyə mənim üçün yeni bir ölkədi".

Hamit karyerasına 2000-ci ildə "Vattenşayd"da başlayıb. 29 yaşlı futbolçu daha sonra "Şalke", "Bavariya", "Real"da forma geyib.