Sneyderin bir ayağı “Fənərbaxça”da
05.12.2012 - 00:30
Sneyderin bir ayağı “Fənərbaxça”da
Son günlər Türkiyə futbolunun gündəm mövzularından biri də Uesli Sneyderin "Fənərbaxça"ya gəlib-gəlməyəcəyidir. Apasport.az saytı xəbər verir ki, bu barədə mətbuatda ortaya bir çox iddialar atılır. Lakin son olaraq Sneyderin milli komanda yoldaşı Dirk Kuytun verdiyi açıqlama gündəmi zəbt edib.

"Fənərbaxça"nın qolçusu Uesli ilə yaxın əlaqələrnin olduğunu və ona "Fənər" barədə məlumat verdiyini bildirib: "Sneyderlə tez-tez danışırıq. Məndən "Fənərbaxça" haqqında bəzi şeylər soruşub. Söylədiklərimdən təsirləndi. Ueslidə "Fənərbaxça"ya qarşı simpatiya yaranıb. Amma Sneyderin qiymətini hər kəs bilir. "Fənərbaxça"ya gəlib-gəlməyəcəyi barədə soruşmamışam. Çünki bu, tamamilə onun qərarıdı. İnanın, qış fasiləsində nələr olacağını mən də bilmirəm. Amma aramıza qatılsa, hamımız üçün yaxşı olar".

Qeyd edək ki, Sneyder və Kuyt 2004-cü ildən bəri Hollandiya yığmasında birlikdə çıxış edirlər.