Hollandiya futbolunda matəm
06.12.2012 - 00:41
Hollandiya futbolunda matəm
Hollandiya Futbol Federasiyasında matəm elan edilib. Apasport.az saytının məlumatına görə, ötən gün 16 yaşadək futbolçulardan ibarət “Buiten Boys” – “Nieuv Sloten” komandalarının görüşündə döyülüb və dünyasını dəyişən hakim Riçard Nieuvenhuizen üçün, Federasiya rəhbərliyi birinci və ikinci divizionların qarşılaşmalarını təxirə salıb.

Bununla yanaşı rəhbərlik, futbolçular və hakimlərə qollarında qara sarğı ilə meydana çıxmasını istəyib.

Qeyd edək ki, 41 yaşlı ölən hakimin oğlu da bu matçda iştirak edib. Hadisə ilə bağlı 3 futbolçu həbs edilib.