Azərbaycan yığması hara gedir?
11.12.2012 - 10:03
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan milli komandasının iştirak edəcəyi qrup oyunlarını qəbul etməyə 2 şəhər namizəddir. Apasport.az saytının məlumatına görə, gələn il martın 26-31-də baş tutacaq bu mərhələdə B qrupunda çıxış edəcək yığmamız Slovakiyanın 2 şəhərindən birinə yollanacaq. Belə ki, seçmə mərhələ matçları Bratislava və ya Puxovda baş tuta bilər. Slovakiyalılar bu şəhərlər arasında seçimini yaxın zamanda etməlidir.
Qeyd edək ki, millimizlə meydan sahibləri ilə yanaşı bu qrupda Bosniya və Herseqovina, həmçinin təsnifat mərhələsinin F qrupunun (Albaniya,. Norveç, İsveçrə, Danimarka) qalibi mübarizə aparacaq.
Qeyd edək ki, millimizlə meydan sahibləri ilə yanaşı bu qrupda Bosniya və Herseqovina, həmçinin təsnifat mərhələsinin F qrupunun (Albaniya,. Norveç, İsveçrə, Danimarka) qalibi mübarizə aparacaq.
0
0