Özkarasız “Ərciyəsspor” məğlub oldu
15.12.2012 - 23:24
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəsspor” Türkiyə PTT Birinci Liqasının 16-cü turu çərçivəsində növbəti oyunu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası doğma publika önündə “Manisaspor”la münasibətlərinə aydınlıq gətirib.
3 xal üçün meydana çıxan lider, təəssüf ki, məğlubiyyətlə üzləşib. Qarşılaşma “Manisaspor”un 2:3 hesablı qələbəsi ilə nəticələnib.
Ötən tur “Karşıyaka” ilə qarşılaşmada meydana çıxa bilməyən Özkara, bu dəfə heç ilk “18-lik”də belə yer almayıb.
Qeyd edək ki, “Ərciyəsspor” 30 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Manisaspor” isə xalını 28-a çıxararaq 3-cü yerə yüksəlib.
Türkiyə PTT birinci liqası
16-cı tur
15 dekabr
“Ərciyəsspor” – “Manisaspor” 2:3
Qohou, 49; 82 – Kahe, 25-pen, Gürbüzerol, 53; 65

0
0