Gözəlin gözəl arzusu - FOTO
17.12.2012 - 11:19
Gözəlin gözəl arzusu - FOTO
“Qarabağ” rəhbərliyi komanda üzvləri ilə görüşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cari mövsümdə qarşısına yüksək hədəflər qoyan və hazırda ilk “üçlük”də qərarlaşan Ağdam təmsilçisinin uzun illərdir həsrətində olduğu çempionluq müzakirə mövzusu olub.

Belə ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbər heyətindən Fevzihan Aras komandaya dəstək nümayiş etdirib. Yemək masası ətrafında səmimi söhbətdə Gözəl futbolçulara cari mövsüm ən yüksək hədəfi arzuladığını bildirib. O, mövsümün sonunda çempionluq kubokunu baş üzərinə qaldırmağın vacibliyini vurğulayıb.

Bununla kifayətlənməyən vitse-prezident komandanın baş məşqçisi Qurban Qurbanovu yanına çağırıb. Öncə futbolçulardan hədəflərini soruşub. Çempionluq nidasını eşidən Gözəl Qurbanova “mən də çempionluq istəyirəm, mənə çempionluq zəfəri lazımdır” deyib. Çalışdırıcı isə vitse-prezidentə çempionluq sözü verib.