Kemal Alispahiç: Mən Don Kixot deyiləm
18.12.2012 - 11:16
“Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiçin apasport.az saytına müsahibəsi
- AFFA İntizam Komitəsi son qərarında 1 oyunluq cəzalandırıldınız. Bundan başqa, mətbuat konfransında hakim əleyhinə işlətdiyiniz sözlərə görə kluba da pul cəzası kəsildi. Bu qərara münasibətinizi bilmək maraqlı olardı...
- Təbii ki, bu qərarla razı deyiləm. Ancaq bununla barışmalıyıq. Çünki artıq belə qərar verilib. Əslində, mən hakim haqda fikrimi bildirmişdim. Heç kimin insanlığı, şəxsiyyətinə dair nalayiq söz işlətməmişdim. Sadəcə, öz fikrimi söylədim. Burda qeyri-etik bir şey yox idi.
- Buna görə “Rəvan” rəhbərliyi apelyasiya şikayəti verməli idi. Bunun nəticəsi necə oldu?
- Biz düzgün olaraq apelyasiya şikayəti verdik. Çünki bilmirdik ki, nəyə görə cəzalandırılmışıq. Ancaq hələlik Apelyasiya və Ekspert Komitəsinin qərarı bizə məlum deyil.
- Komandanın əsas qapıçısı Davud Kərimi “Neftçi” ilə oyundan sonra əvəzedici komandaya göndərildi. Ancaq həmin gün verdiyiniz açıqlamada bundan xəbərsiz olduğunuzu dediniz. Belə çıxır ki, Davudun göndərilməsi sırf rəhbərliyin qərarı idi?
- Bəli, bu, rəhbərliyin qərarı idi. Mən onu komandadan göndərməmişdim.
- Bəs qərarı eşidəndən sonra rəhbərliyə dedinizmi ki, Lukaş Sapela zədəlidir, digər qapıçı isə çox təcrübəsizdir?
- Onsuz da “Sumqayıt”la oyunda qapıçı ilə bağlı problemlərimiz göründü. Sapelanı zədəli halda meydana buraxmışdıq. Halbuki bilirdik ki, onun zədəsi var və çətinlik çəkəcək. Ancaq yenə də onu oynatmalı olduq. Komandada bəzi problemlər var. Bunların hamısının öhdəsindən gəlib düzəltməliyəm. Bu sualların hamısı mənə yox, rəhbərliyə verilməli suallardır. Onlar kimi desə, onu da qapıya qoyacağıq.
- Onda belə demək olarmı ki, komandada əsas söz sahibi rəhbərlikdir?
- Bu haqda heç nə demək istəmirəm. Allah hər şeyi görür. Hazırkı durum belədir ki, komandadakı əhvalım bir az pisdir və bunu düzəltmək lazımdır. Bilmirəm ki, mən baş məşqçi kimi bu komandada fəaliyyətimi davam etdirəcəm, ya yox. Mənim adım, karyeram var. Məsuliyyəti boynuma götürmüşəmsə, belə davam edə bilmərəm. Məşqçi kimi niyə udub-uduzduğumuzu bilirəm, eləcə də nə vaxt qalib gəlib-gəlməməyimizi də təxmin edə bilirəm. Başqa adamlar, komandalar da “Rəvan”ın oyununun necə olduğunu bilir. “Rəvan” Azərbaycanda gözəl futbol sərgiləyən 3 klubdan biridir.
- Sözlərinizdən belə aydın olur ki, komanda ilk “altılığ”a düşməsə, “Rəvan”dan gedəcəksiz.
- Bilirsiz, mən iki böyük komandanın məşqçisi olmuşam. Məşqçiyəmsə, bilirəm ki, bunu edə biləcəm, ya yox. Yoxsa mən bu işi qəbul etməzdim. Əgər mənim qabağımda hər hansı bir işi görmək üçün hədd varsa, mən bunu aşmağa çətinlik çəkirəm. Çünki mən Don Kixot deyiləm. Hamı ilə mübarizə apara bilmərəm.
- “Neftçi” ilə oyundan sonra Böyükağa Hacıyev mətbuat konfransında sizin haqda fikirlər səsləndirmişdi...
- Həmin fikirlərlə tanışam. Mən ona bir məşqçi kimi çox hörmət edirəm. Bəlkə də hirsli olduğu üçün bu sözləri deyib. Çünki bizim aramızda hər hansı bir ədavət, inciklik olmayıb. Ola bilsin ki, həmin mətbuat konfransında iştirak edən jurnalistlər ona mənim haqda mənfi imic formalaşdıran sual verib. Bu üzdən belə deyib. Əslində, orda demişdim ki, istərdim “Neftçi”ni təbrik edim. Ancaq hakimlər “Neftçi”yə çox kömək etdi. Mən Hacıyevə qarşı nalayiq bir söz deməmişəm.
- Hacıyev demişdi ki, “Standard”da işlədiyi vaxt siz də “Muğan”ı çalışdırırdız. Sizi məğlub etdikdən sonra istefaya getmişdiniz...
- Sualınızı başa düşdüm. O vaxt bu məşqçi Sumqayıtda çalışırdı. Məşqçi həyatı belədir. Allah hər şeyi görür. Heç kim bir postda əbədi qalmır. İş və nəticə həmişə eyni olmur. Kimin harda işləyəcəyini zaman göstərir.
Səbuhi TOFİQOĞLU

0
0