“İnter” məşqlərə başladı
18.12.2012 - 17:15
“İnter” məşqlərə başladı
“Kəpəz”lə oyundan sonra yetirmələrinə bir günlük istirahət vermiş “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bu gün komanda üzvlərini yenidən meydançaya çıxarıb. Apasport.az saytının məlumatına görə, dünən bərpa prosesini başa vuran paytaxt klubu bügünkü məşqə isinmə hərəkətlərilə başlayıb. Sonra komanda ikitərəfli oyun keçirib. Sabah “İnter” planauyğun olaraq “Şəfa” stadionunda məşqlərini davam etdirəcək.

Qeyd edək ki, növbəti turda “İnter” “Bakı” ilə qarşılaşacaq. Oyun dekabrın 22-də saat 15:00-da başlayacaq.