Müller daha 5 il Münhen klubunda
19.12.2012 - 23:18
Müller daha 5 il Münhen klubunda
“Bavariya” hücumçusu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Almaniya milli komandasının da formasını geyinən 23 yaşlı futbolçu Tomas Müllerlə 2017-ci ilə qədər yeni müqavilə imzalayıb.

Qeyd edək ki, 2008-ci ildən “Bavariya”nın əsas heyətində çıxış edən Müller cari mövsümdə keçirdiyi 22 oyunda rəqib qapılarına 12 qol vurub. O, Almaniya U-16, U-19, U-20 və U-21 yığma komandasında da top qovub. Tomas əsas milli komandanın formasını isə 2010-cu ildən geyinir. DÇ-2010-un bombardiri (5 qol) olan Müller FİFA-nın “Qızıl buts” mükafatına layiq görülüb.