Mourinyo Kasilyası güclü qapıçı saymadı
23.12.2012 - 10:00
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo kapitanı İker Kasilyasın İspaniya çempionatının hesabat turunda “Malaqa”ya 2:3 hesabı ilə uduzduqları oyunda ehtiyatda qalmasına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis uzun illərdir həm komandanın, həm də İspaniya yığmasıının əsas qapıçısı olan 31 yaşlı Kasilyası güclü qapıçı saymayıb.
O, məğlubiyyətdə baxmayaraq, qapıda yer verdiyi təcrübısiz Adandan razı qalıb: “İkerin ehtiyatda qalmağı sırf texniki qərardır. Buna istədiyimiz çoxlu hadisə fikirləşmək olar. Ancaq bu, texniki qərardan başqa bir şey deyil. Fikrimcə, Adan İkerdən daha yaxşıdır. Məşqçilər korpusu belə qərar verdi. Matçın nəticəsinə qapıçı təsir etmədi. Biz çox da yaxşı oyun keçirmədik, bəzi oyun aspektlərində pis oynadıq. Bunlardan da biri müdafiə idi”.

0
0