Əmircanov “Neftçi”yə qarşı oynayacaq, Georgiyevski yox
23.12.2012 - 10:45
Əmircanov “Neftçi”yə qarşı oynayacaq, Georgiyevski yox
“İnter”in makedoniyalı futbolçusu Slavço Geogiyevski bu il son oyununda meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi keçmiş komandası “Neftçi” ilə dekabrın 25-də təxirə salınmış matçı buraxmalı olacaq.

Buna səbəb Slavçonun 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşməyidir. O, bunu “Bakı”ya1:0 hesabı ilə qalib gəldikləri oyunun 83-cü dəqiqəsində alıb. Yeri gəlmişkən, həmin matçda penalti zərbəsindən qələbə topunun müəllifi olan gürcü hücumçu Baçana Sxadadzenin də 3 vərəqəsi olsa da, o, cəzalanmaq təhlükəsindən yan qaça bilib.

Ötən yay Georgiyevski kimi çempion olduğu “Neftçi”dən “İnter”ə keçən müdafiəçi Ruslan Əmircanov isə qarşıdakı oyunda forma geyə biləcək.