“Neftçi” ilə “Qəbələ”nin fərqli liderliyi
23.12.2012 - 12:51
Topaz Premyer Liqasında mövsümün ilk hissəsinə dekabrın 25-də yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, həmin gün “İnter”lə “Neftçi” arasında keçiriləcək təxirə salınan oyunun nəticəsi ev və səfər oyunları üzrə turnir cədvəlinə təsir göstərməyəcək.
Belə ki, “Neftçi” öz meydanında keçirilən oyunların nəticəsinə görə ən yaxşı nəticəyə malik oldu. Bu da onun 10 oyunda 25 xal toplamağıdır. Maraqlıdır ki, çempionun baxımdan ən yaxın izləyicisi məhz “İnter”dir və o, həmşəhərlilərini qəbul edəcək. Ancaq məsələ ondadır ki, “bankirlər” evdə 9 oyuna 21 xal topladığından, “Neftçi”yə qalib gəlsə belə, onu çata bilməyəcək.
“Neftçi”nin 3 xal topladığı səfər oyunlarında isə lider “Qəbələ” oldu. Belə ki, mövsümə türkiyəli baş məşqçi Fatih Kavlakla başlayan, sonradan onu Ramiz Məmmədovla əvəzləyən komanda rəqib meydanında keçirdiyi 9 matçda 15 xal toplayıb. “Qəbələ” bu baxımdan 2-ci yerdə gedən “Simurq”u 1 xal qabaqladı.
Son pillədə gedən “Kəpəz”in hər 2 meydanda nəticəsi turnir cədvəlində hazırkı vəziyyətinə uyğun gəlib. Belə ki, gəncəlilər həm ev, həm də səfər oyunlarının turnir cədvəlində sonda gedir. Onun 9 xal 6-nı öz, 3-ü rəqib meydanında qazandığını qeyd etmək olar. Elə “Bakı” haqda da bunu demək olar. Komanda turnir cədvəlində olduğu kimi, ev və səfər oyunlarının nəticələrinə görə 10-cu yerdə gedir. “Bakı” da xallarının çoxunu öz meydanında qazanıb – 11. Onun 19 xaldan 8-i rəqib meydanında əldə edilib.
Səfərdə hamı bütün nəticələrə imza atıbsa, evdə vəziyyət fərqlidir. Belə ki, 12 komanda öz meydanında udubsa, yenilməyənlər var. Bunlar hazırkı şərikli liderlər “İnter”lə “Simurq”dur. Ancaq fərq ondadır ki, zaqatalalıların matçları bitdiyindən, evdə məğlubedilməz oldu. “Bankilər”in isə “Neftçi” ilə matçı qaldığından, uduza bilər. “İnter” yenə evdə məğlubiyyət olarsa, qış çempionluğunu da rəsmiləşdirmiş olacaq.

0
0