Mustafa Dənizli azərbaycanlı futbolçularla bir yarışda
23.12.2012 - 13:30
Mustafa Dənizli azərbaycanlı futbolçularla bir yarışda
Türkiyənin məşhur məşqçilərindən olan Mustafa Dənizli I divizionda çalışacaq. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis “Çaykur Rizəspor”un baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə postundan gedən Engin Korukırı əvəzləyib və klubla 1,5 illik müqavilə imzalayıb.

Dənizli Türkiyənin 3 böyük klubu – “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ı çalışdıraraq, onların hər üçünü çempion etməyi ilə tarixə düşüb. O, habelə vətənində “Kocaelispor”, “Manisaspor”, yığmanı, İranda “Pas” və “Persepolis”i, Almaniyada “Allemaniya”nı çalışdırıb.

Qeyd edək ki, I divizionda futbolçularımız Rail Məlikov, Cavid Hüseynov, Cihan Özkara çıxış edir.